Bakıda polis maşını qəzaya uğrayıb

Bakıda polis maşını qəzaya uğrayıb
# 31 avqust 2015 09:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yol qəzası baş verib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 29-da Zabrat qəsəbəsi, Kürdəxanı yolunda qeydə alınıb. Bakı şəhər sakini, Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru, 1970-ci il təvəllüdlü Sadıq İsax oğlu Sadıqovun idarə etdiyi xidməti “BMW” markalı, 99 YP 261 dövlət nömrə nişanlı avtomobillə 1984-cü il təvəllüdlü Elbrus Bayram oğlu Mehdiyevin idarə etdiyi “QAZ-24” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR