Yanvarda iqtisadiyyata kredit qoyuluşu azalıb

Yanvarda iqtisadiyyata kredit qoyuluşu azalıb
# 07 mart 2018 12:33 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının cari ilin fevralın 1-ə iqtisadiyyata kredit qoyuluşu 11 mlrd. 242,2 mln. manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, beləliklə, yanvarda iqtisadiyyata kredit qoyuluşu 0,84% və ya 95,4 mln. manat azalıb.

2017-ci ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyatın kreditləşməsi 30,82% və ya 5 mlrd. 8,6 mln. manat azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR