Merkel: "Avropa artıq ABŞ-a ümid bəsləməməlidir"

Merkel: "Avropa artıq ABŞ-a ümid bəsləməməlidir"
# 11 may 2018 06:21 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel bəyan edib ki, Avropa artıq ABŞ-a ümid bəsləməyə son qoymalıdır. APA-nın “Sptunik International”a istinadən verdiyi xəbərə görə, Almaniya kansleri bu sözləri ABŞ-ın İranla bağlanmış nüvə sövdələşməsindən çıxmasını şərh edərkən deyib.

“ABŞ artıq bizi qorumaq iqtidarında deyil, Avropa öz taleyini özü həll etməlidir, bu bizim gələcəyə olan vəzifəmizdir”, - deyə Merkel qeyd edib.

A.Merkel bundan əvvəl Almaniyanın İranla nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdə davam edəcəyini bəyan edib.

Onun sözlərinə görə, ABŞ-ın sövdələşmədən çıxması böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, D.Tramp mayın 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR