Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayır

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayır
# 09 avqust 2017 08:13 (UTC +04:00)

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR