Aeroport yolunda avtomobil piyadanı vurub - YENİLƏNİB

Aeroport yolunda avtomobil piyadanı vurub - <span style="color: red;">YENİLƏNİB
# 09 yanvar 2018 07:03 (UTC +04:00)

Aeroport yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, "Hyundai Santa Fe" markalı avtomobil aeroport yolunda, keçmiş "Komsomol" dairəsi yaxınlığında yolu keçmək istəyən 44 yaşlı kişini vurub.

Kişi təcili yardımla xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

***

09.45

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyasından aeroporta gedən yolda, keçmiş "Komsomol" dairəsi yaxınlığında baş verib.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb, "Hyundai Santa Fe" markalı avtomobilə ziyan dəyib.

Qəza yerinə polis əməkdaşları gəlib.

Yol-nəqliyyat hadisəsinin detalları dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR