Rəşad Sadiqov “Zirə”dən qovulub

Rəşad Sadiqov “Zirə”dən qovulub
# 24 iyul 2017 10:17 (UTC +04:00)

Bakı – APA. “Zirə” klubunda gözlənilməz ayrılıq baş verib. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, yarımmüdafiəçi Rəşad Sadiqov komandadan kənarlaşdırılıb.

Bildirilir ki, baş məşqçi Ayxan Abbasov bu barədə rəhbərliyə təqdimat ünvanlayıb. Nəticədə futbolçu intizamsız davranışına görə komandadan xaric edilib.

Qeyd edək ki, Rəşad Sadiqov “Zirə”yə bu yay “Qəbələ”dən keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR