Neft-Kimya Prosesləri İnstitutunun 90 illiyi qeyd ediləcək

Neft-Kimya Prosesləri İnstitutunun 90 illiyi qeyd ediləcək
# 11 mart 2019 16:46 (UTC +04:00)

Prezident İlham Əliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. ONA xəbər verir ki, sərəncamda deyilir ki, 2019-cu ildə AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illiyi tamam olur.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR