Gömrükçülər 1,2 mln. rublu Azərbaycandan çıxarmaq istəyən şəxsləri saxlayıb

Gömrükçülər 1,2 mln. rublu Azərbaycandan çıxarmaq istəyən şəxsləri saxlayıb
# 07 yanvar 2017 08:34 (UTC +04:00)

Azərbaycan gömrükçüləri külli miqdarda Rusiya rublunun ölkədən çıxarılmasına cəhdin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Ecoonmics"ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsində onların hər birinin üzərindən əynindəki gödəkcənin cibindən və hər iki ayağında olan ayaqqabılarının içindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1,2 mln. Rusiya rublu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR