Suriya müxalifəti Astanada qəbul olunan kommünikedən narazıdır

Suriya müxalifəti Astanada qəbul olunan kommünikedən narazıdır
# 24 yanvar 2017 13:46 (UTC +04:00)

Astanada Suriya problemi ilə bağlı iki gün davam edən danışıqlar başa çatıb.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Suriya müxalifəti qəbul olunan yekun kommünikedən narazıdır. Onlar buna səbəb kimi İranın Suriyada hərbi rolu barədə qeydin olmamasını göstərirlər.

Kommünikedə Suriya probleminin hərbi yolla həllinin mümkün olmadığı vurğulanır.

Fevralın 8-də Cenevrədə silahlı müxalifətin nümayəndələrinin iştirakı ilə danışıqlar davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR