® Bravo yüksək qiymətlərə qarşıdır!

<font color=red>® </font>Bravo yüksək qiymətlərə qarşıdır!
# 03 aprel 2017 14:45 (UTC +04:00)

Bravo hipermarketi, tamamilə yeni alış-veriş təcrübəsi, aprelin 6-da, saat 08:00-da Əhmədli ərazisində qapılarını öz müştərilərinə açacaq. Olduqca geniş, 8.000 kv.m-lik ərazisi, 40.000 məhsul növü və 800 avtomobillik inanılmaz dərəcədə geniş dayanacağı ilə seçilən Bravo hipermarketi sevimli müştərilərinə bu dəfə alış-verişdə sözün əsl mənasında hiper imkanlar yaradacaq.

Bravo yerli və xarici, keyfiyyətli və təravətli ərzaq məhsulları ilə yanaşı qeyri-ərzaq mallarının geniş çeşidini aşağı qiymətə təklif edəcək. Pərakəndə satış üzrə dünyaca məşhur brendlər hesab olunan İngiltərənin “Waitrose” və Fransanın “Casino” məhsullarının eksklüziv seçim imkanını da məhz Bravo hipermarketində əldə etmək mümkün olacaq.

Hipermarket formatı özü ilə başqa nə yeniliklər gətirəcək:

• Genişləndirilmiş təravətli meyvə və tərəvəz məhsulları bölməsi

• Dondurulmuş məhsul çeşidlərinin artırılması

• Şərab və spirtli içkilərdə daha çox seçim imkanı

• Daha geniş çeşiddə məişət əşyaları

• Daha böyük ət, dəniz məhsulları, qastronomiya, un və qənnadı məhsulları bölmələri

• Yeni idman məhsulları bölməsi

• Daha böyük dəftərxana ləvazimatları və oyuncaq bölməsi

• Genişləndirilmiş çeşiddə kosmetika, şəxsi qulluq və gigiyena bölmələri

• Qadın, kişi və uşaqlar üçün əsas geyim çeşidləri

• Daha da zəngin körpə qidası və qulluq vasitələri seçimi

• Geniş çeşiddə tekstil məhsulları

• Tamamilə yeni bağ və bağçılıq məhsulları bölməsi

• Yeni kiçik mebel və mebel aksesuarları

• Böyük və kiçik məişət texnikası

• Tamamilə yeni elektrik və əl alətləri bölməsi

Onu da qeyd edək ki, hipermarket həftənin 7 günü, səhər saat 8-dən gecə saat 12-dək fəaliyyət göstərəcək və Əhmədli metro stansiyası ilə Bravo hipermarketi arasında xüsusi müasir avtobuslar reysləri həyata keçiriləcək. Odur ki, yeni Bravo hipermarketində alış-veriş etməkdən xüsusi zövq almağa tələsin!

BRAVO Hipermarketi aprelin 6-dan Əhmədlidə!

Bravo Hipermarketi

Bakı, Əhmədli qəsəbəsi

(keçmiş Radio Zavod)

Bazar ertəsi – Bazar / 08:00 – 00:00

Bizi sosial media hesablarımızda izləyin və son məlumatlardan xəbərdar olun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR