Hərbi Akademiyada NATO ekspertləri ilə görüş keçirilib

Hərbi Akademiyada NATO ekspertləri ilə görüş keçirilib
# 29 noyabr 2016 15:44 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında NATO/ABŞ ekspertləri ilə işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində baş tutub.

Tədbirdə Azərbaycan, Bolqarıstan, Çexiya və İsveçin hərbi tədris müəssisələrinə səfərlərin icmalı, eləcə də beynəlxalq hərbi təhsil təcrübəsinin öyrənilməsi və tətbiqi mövzularında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR