Ağsuda 51 yaşlı qadın özünü asıb

Ağsuda 51 yaşlı qadın özünü asıb
# 07 aprel 2017 09:09 (UTC +04:00)

Ağsu rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Ərəb Sarvan kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Eyyubova Səfurə Əlibala qızı yaşadığı ünvanda özünü kəndirlə asaraq intihar edib. Üç övladı olan S. Eyyubovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR