Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək
# 01 avqust 2015 09:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Avqustun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, gündüz cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 24-27, gündüz 35-40 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-30 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR