Aralıq dənizinin Liviya sahillərində 335 miqrant xilas edilib

Aralıq dənizinin Liviya sahillərində 335 miqrant xilas edilib
# 11 mart 2018 02:59 (UTC +04:00)

Liviya Hərbi-Dəniz Qüvvələri ötən gün Aralıq dənizində 335 miqrant xilas edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Hərbi-Dəniz Qüvvələrinin komandanı Əyyub Qasım bildirib.

“Miqrantlar Misir, Mərakeş və Əlcəzair daxil olmaqla bir neçə Afrika və ərəb ölkələrinin vətəndaşlarıdır”, - deyə komandan bildirib.

Onun sözlərinə görə, ümumilikdə, martın 10-da üç xilasetmə əməliyyatı keçirilib.

Miqrantlar paytaxt Tripolidəki hərbi dəniz bazasına gətirib.

Qaçqınlara tibbi yardım göstərildikdən sonra onlar Tripolidəki qanunsuz miqrasiya ilə mübarizə departamentinə aparılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR