Arseni Yatsenyuk: “NATO-ya üzvlük Ukraynanın əsas məqsədlərindən biridir”

Arseni Yatsenyuk: “NATO-ya üzvlük Ukraynanın əsas məqsədlərindən biridir”
# 01 sentyabr 2015 13:45 (UTC +04:00)

Bakı - APA. “Bizim məqsədimiz Ukrayna Silahlı Qüvvələrinin dünyanın ən güclü kollektiv təhlükəsizlik sistemlərindən birinin tərkib hissəsi olmasıdır”.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri Arseni Yatsenyuk Odessa Hərbi Akademiyasında yeni təhsil ilinin açılışı münasibətilə keçirilən tədbirdə bildirib.

A. Yatsenyuk deyib ki, şəxsi heyətin hazırlıq səviyyəsi və maddi-texniki baza NATO-nun yüksək standartlarına cavab verməlidir. O, Ali Radanın bloklara qoşulmamaqla bağlı 2010-cu ildə qəbul etdiyi qərarın strateji səhv olduğunu söyləyib: “2010-cu ildə parlamentin bloklara qoşulmamaq qərarını geostrateji səhv, hətta cinayət adlandırardım”.

Xatırladaq ki, Ukrayna parlamenti ötən il bloklara qoşulmamaq qərarını ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR