Mirça Luçesku "Qalatasaray"ın idman direktoru ola bilər

Mirça Luçesku "Qalatasaray"ın idman direktoru ola bilər
# 18 aprel 2017 03:38 (UTC +04:00)

"Qalatasaray" idman direktoru vəzifəsinə Peterburqun “Zenit” klubunun baş məşqçisi Mirça Luçeskunun namizədliyini nəzərdən keçirir.

APA-nın “Fotospor”-a istinadən verdiyi xəbərə görə, türk klubu o cümlədən rumıniyalı mütəxəssisin seleksiya işləri ilə məşğul olmasını arzulayır. Məlumata əsasən, “Qalatasaray” 72-yaşlı M.Luçeskunun vaxtilə “Şaxtyor”da apardığı seleksiya işini yüksək qiymətləndirir.

“Zenit”lə yollarını ayıracağı təqdirdə “Qalatasaray” M.Luçeskuya idman direktoru, 48-yaşlı oğlu Rezvana isə baş məşqçi postu təklif etməyə hazırdır. Qeyd edək ki, Rezvan Luçesku hazırda Yunanıstanın “Ksanti” klubunun baş məşqçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR