Masallıda maşın oğurlayan şəxs saxlanılıb

Masallıda maşın oğurlayan şəxs saxlanılıb
# 14 aprel 2017 13:58 (UTC +04:00)

Masallıda maşın oğrusu saxlanılıb.

Masallı rayonunda bir neçə gün öncə oğurlanan avtomaşın tapılıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avtomaşın oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb. Hələlik adı açıqlanmayan şəxs istintaqa cəlb olunub.

Bildirilir ki, Bambaşı kənd sakini Kamalzadə Əlikamil Kamil oğlu polisə müraciət edərək, “VAZ 2106” markalı, 44 BS 379 nömrə nişanlı avtomobilinin aprelin 12-dən 13-ə keçən gecə oğurlandığını göstərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR