BMT nümayəndəsi: “Azərbaycan xalqı didərginliyin ən ağır dövrünü yaşayıb”

BMT nümayəndəsi: “Azərbaycan xalqı didərginliyin ən ağır dövrünü yaşayıb”
# 29 noyabr 2016 08:23 (UTC +04:00)

”Dünyada 65 milyondan çox insan didərgin düşüb. Bu, o deməkdir ki, hər gün 30 mindən çox insan didərgin həyatı yaşayır. Bu, çox böyük rəqəmdir”.

APA-nın xəbərinə görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis deyib. O bildirib ki, didərginlərin yarıdan çoxu qadınlardır: “Didərginlik şəraitində qadınların üzərinə daha çox yük düşür. Azərbaycan xalqı bunu daha yaxşı bilir. Azərbaycan xalqı didərginliyin ən ağır dövrünü yaşayıb”.

F. Angelis qeyd edib ki, Azərbaycan hökuməti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirir: "Biz konfliktlərin nəticələrinin aradan qaldırılması ilə mübarizə aparırıq. Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həllinə nail olunmalıdır. Məcburi köçkünlər torpaqlarına qayıdana qədər biz onlarla birlikdə olacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR