Bakıda keçmiş məhkum tapança ilə tutulub

Bakıda keçmiş məhkum tapança ilə tutulub
# 22 yanvar 2018 11:55 (UTC +04:00)

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, Bakı şəhər sakini Cəlal Nurəddin oğlu Əliyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan “TT” markalı tapança aşkarlanaraq götürülüb.

Qeyd edək ki, C. Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR