Sumqayıt sakini tanışını bıçaqlayıb

Sumqayıt sakini tanışını bıçaqlayıb
# 28 oktyabr 2017 08:37 (UTC +04:00)

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən "Bilik" Tədris Mərkəzinin qarşısında qeydə alınıb. Şəhər sakini Nail Şəmsəddin oğlu Ağayarov tanışı Saleh Sabirağa oğlu Mərdanovu bıçaqlayıb. N. Ağayarov daha sonra hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR