Zaxarova: “Biz Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsini təkid etmirik”

Zaxarova: “Biz Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsini təkid etmirik”
# 09 fevral 2017 14:00 (UTC +04:00)

“Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi barədə məlumat yoxdur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, Münhen təhlükəsizlik konfransı çərçivəsində bu formatda görüşün keçirilib-keçirilməyəcəyi hələ məlum deyil: “Biz görüşün keçirilməsi üçün təkid etmirik. Münaqişə tərəflərinə görüşün keçirilməsi barədə təklif vermişik. Hələlik Münhen konfransında görüşlərin qrafiki məlum deyil. Biz tərəflərlə təmaslarımızı davam etdiririk. Münhen konfransının keçirilməsinə yaxın bu görüş barədə məlumat verəcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR