Obama Merkelə Rusiyaya qarşı sanksiyaları saxlamağı təklif edib

Obama Merkelə Rusiyaya qarşı sanksiyaları saxlamağı təklif edib
# 17 noyabr 2016 19:14 (UTC +04:00)

ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkel ilə görüşdə Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaların saxlanılmasının vacibliyini müzakirə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Barak Obama Berlində mətbuat konfransında bildirib.

“Rusiya Minsk razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyincə Rusiyaya qarşı sanksiyaların saxlanılması vacibdir”, - deyə Obama qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR