Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvləri Azərbaycan prezidentinin fəxri diplomu ilə təltif edilib

Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvləri Azərbaycan prezidentinin fəxri diplomu ilə təltif edilib
# 29 iyun 2015 13:30 (UTC +04:00)

APA-nın məlumatına görə, Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvləri Kikis Lazarides, Rafael Paqnozzi və Yanez Koçiyançiç I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.

Dövlət başçısının digər sərəncamı ilə “Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesa I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR