Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ və Urologiya şöbələri təmirdən sonra istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ və Urologiya şöbələri təmirdən sonra istifadəyə verilib
# 23 iyun 2015 15:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ və Urologiya şöbələri açılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səhiyyə naziri Oqtay Şirəliyev əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Hemodializ və Urologiya şöbələri ilə tanış olub.

Təmirdən çıxmış Hemodializ şöbəsi 15, Urologiya şöbəsi 20 çarpayı ilə təmin edilib. Hemodializ şöbəsində dializ avadanlıqlarının istehsalı üzrə dünya lideri olan Almaniyanın “Fresenius Medikal Care AG” şirkətinin 13 ədəd stasionar “Fresenius” 4008S, 1 ədəd “Fresenius” 4008E, 1 ədəd “Fresenis” 4008H Prometeus, 1 ədəd portativ “Fresenius” ADM08, markalı kompüterləşdirilən “süni böyrək” aparatları, “Aquasafe 08” markalı Osmos yüksək sutəmizləyici qurğusu, “Granumiks 500” markalı dializ məhlulları hazırlamaq üçün mikser, tərəzi ilə təchiz edilən dializ yataqları və digər dializ avadanlıqları quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR