Pakistan Milli Bankının Bakı filialı rübü zərərlə başa vurub

Pakistan Milli Bankının Bakı filialı rübü zərərlə başa vurub
# 14 aprel 2017 15:07 (UTC +04:00)

2017-ci ilin I rübündə "Pakistan Milli Bankı Bakı filialı"nın aktivlərinin həcmi 11,148 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,02% azdır. Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,3% artaraq 1,856 mln. manat olub. Bu ilin aprelin 1-nə bankın kredit portfelinin həcmi 1,265 mln. manata bərabər olub ki, bu da kredit portfelinin 68%-ni təşkil edir.

Ötən il bankın depozit portfeli 593,335 min manat təşkil edib ki, bu ilin əvvəli ilə müqayisədə 11,09% azdır. Bankın öhdəlikləri isə 8,25% azalaraq 868,240 min manata bərabər olub. Bu ilin aprelin 1-nə əhalinin əmanətləri 368 min manata bərabər olub ki, bu da bu ilin əvvəli ilə müqayisədə 11,52% çoxdur.

Hesabat dövründə bankın nizamnamə kapitalı dəyişməyərək 9 mln. 420 min manat təşkil edib. Bundan fərqli olaraq, bankın məcmu kapitalı 1,21% azalıb.

Hesabat dövründə bankın gəlirləri 191 min manata, xərclər isə 123 min manata bərabər olub.

Bank I rübü 37,165 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR