Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 Dekabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 Dekabr
# 26 dekabr 2016 17:22 (UTC +04:00)

YORUM...


Trampın sələfinin hansı qərarlarını ləğv edəcəyi tam məlum deyil. Amma ləğv olunacaq bəzi qərarları indidən ehtimal etmək olar. Çox güman ki, bu, Obamanın Yaxın Şərqlə bağlı imzaladığı sənədlər olacaq.

Yeri gəlmişkən, bu versiyanın daha ağlabatan olduğunu Obamanın son çıxışlarında Ağ Evin bu istiqamətdəki siyasətinin yanlışlığını etiraf etməsi sübut edir. Çünki Tramp hələ seçki kampaniyası zamanı ABŞ-ın Yaxın Şərq və anti-terror əməliyyatları ilə bağlı atdığı addımlarını kəskin tənqid edib. Milyarder Vaşinqtonun İŞİD və başqa terrorçu birləşmələrə qarşı Rusiya ilə əməkdaşlığını daha məqbul hesab edir. Bəlkə də məhz bu çıxışları Tramp haqqında "Rusiyapərəst və Moskvanın adamı" imicinin formalaşması ilə nəticələnib. Tramp isə əksinə, ABŞ-ın bu əməliyyatlarda çoxlu pul xərcləməsinin qarşısını almağı düşünür.

Moskvanın Nyut Qinqriçin açıqlamasından ümidlənməsi də normaldır. Kreml ölkəyə tətbiq olunan ağır sanksiyalardan qurtulmaq istəyir. Amma güman ki, ləğv ediləcək qərarlar arasında Rusiyanın bu sanksiyalardan azad edilməsi olmayacaq. Çünki Rusiyaya tətbiq olunan qadağalar Ukrayna ilə əlaqədardır. Və bu sanksiyaların davam etdirilib-etdirilməməsi yalnız ABŞ-ın yox, həm də onun Avropadakı müttəfiqlərinin marağındadır...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR