Salyan rayon sakini dəm qazından boğulub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 206 ünvanında baş verib.
1980-ci il təvəllüdlü Cəbrayılova Günay Yunis qızı evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.