Qazaxıstanda dövlət çevrilişinə cəhddə günahlandırılan iş adamına hökm oxunub

Qazaxıstanda dövlət çevrilişinə cəhddə günahlandırılan iş adamına hökm oxunub
# 07 noyabr 2016 12:45 (UTC +04:00)

Qazaxıstanın Astana şəhər Məhkəməsi məşhur iş adamı, Şımkent Pivə Zavodunun sabiq sahibi Toktar Tuleşovu 21 il azadlıqdan məhrum edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, iş adamı hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkdə günahlandırılıb.

Cəzasını ciddi rejimli həbsxanada çəkəcək T. Tuleşovun əmlakı müsadirə edilib və o, kommersiya qurumlarında rəhbər vəzifə tutmaq hüququndan ömürlük məhrum edilib.

Qeyd edək k, T. Tuleşov bu il yanvarın sonlarında Cənubi Qazaxıstan vilayətinin inzibati mərkəzi Şımkentdə saxlanılıb. Qazaxıstan Təhlükəsizlik Komitəsinin məlumatına görə, T. Tuleşov və bir neçə yüksək vəzifəli tərəfdarı zorla hakimiyyəti ələ keçirməyə qərar veriblər. Bu məqsədlə onlar Qazaxıstanda torpaq islahatına qarşı aksiyalar təşkil ediblər. Məhkəmə prosesi dövlət sirri ilə bağlı materiallarla əlaqədar qapalı keçirilib, 25 nəfər mühakimə edilib. Əsas fiqur olan T. Tuleşov hakimiyyəti zorla ələ keçirməyə cəhdlə bərabər, adam oğurluğu, qətl, qanunsuz azadlıqdan məhrumetmə, hakimiyyətin zorla ələ keçirilməsinə çağırışda suçlanıb. T. Tuleşov narkotik vasitələrin qanunsuz dövriyyəsində də günahkar sayılıb. Ümumilikdə ona qarşı 16 maddə üzrə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR