Kukla Teatrında “Qırmızıpapaq” tamaşasının premyerası keçiriləcək

Kukla Teatrında “Qırmızıpapaq” tamaşasının premyerası keçiriləcək
# 12 oktyabr 2016 07:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Şarl Perronun “Qırmızıpapaq” əsəri əsasında hazırlanan tamaşanın premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, klassik nağıl nümunəsini teatrın baş rejissoru Qurban Məsimov səhnələşdirib.

Teatrın 85 illik yubileyi münasibətilə hazırlanan tamaşanın premyerası oktyabrın 21-də baş tutacaq. Quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar artist Vüqar Camalzadə olan tamaşada əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Elmira Hüseynova, Rəhilə İbadova, Cavid Telman, Elnur Xəlilov, Aygül Ağayeva, Samirə Nəcəfova, Sona Quliyeva, Vüsal Hüseynov və Araz Həsənov ifa edirlər.

Səhnə əsərində mahnıları xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, əməkdar artistlər Tünzalə Ağayeva, Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR