Azərbaycan Özbəkistanda keçiriləcək mədəniyyət festivalında təmsil olunacaq

Azərbaycan Özbəkistanda keçiriləcək mədəniyyət festivalında təmsil olunacaq
# 05 sentyabr 2017 11:45 (UTC +04:00)

Sentyabrın 8-də Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçiriləcək.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirə UNESCO İcraiyyə Şurasının baş direktoru, BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi, Ginnes Rekordlar Kitabının baş redaktoru və digər yüksək səviyyəli nümayəndələr dəvət olunub.

“Uzbegim” ənənəvi mədəniyyət festivalında iştirak etmək məqsədilə 7-11 sentyabr tarixində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Özbəkistan Respublikasına səfər edəcəklər.

Tədbir çərçivəsində “Uzbegim” kitabının təqdimatı olacaq, tətbiqi sənət və qostronomik yarmarka, tətbiqi sənət üzrə ustad dərsləri, folklor şou proqramı, kəndirbazların əyləncəli tamaşaları, həmçinin Ginnesin Rekordlar Kitabına düşmək üçün 4,2 metr diametri, 8 min litr tutumu olan qazanda özbək plovunun hazırlanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR