Bank Of Baku

Ağstafada yol qəzasında 6 nəfər xəsarət alıb

Ağstafada yol qəzasında 6 nəfər xəsarət alıb
# 17 avqust 2021 08:50 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar – 1937-ci il təvəllüdlü Quliyeva Minayə, 1964-cü il təvəllüdlü Əfəndiyeva Firdovsi, 1965-ci il təvəllüdlü Əfəndiyeva Yeganə, 1986-cı il təvəllüdlü Əfəndiyeva Solmaz, 1994-cü il təvəllüdlü Quluzadə Əliş və 2013-cü il təvəllüdlü Əfəndiyeva Leyladır.

Yaralıların vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR