Tatarıstanda sexdə baş verən yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB

Tatarıstanda sexdə baş verən yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 11 dekabr 2016 07:57 (UTC +04:00)

Bu gün Tatarıstanın Nijnekamsk şəhərində plastik məmulatlar istehsal edən sexdə baş verən yanğında ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yanğın söndürüldükdən sonra aparılan axtarışlar zamanı 2 nəfərin də cəsədi aşkarlanıb.

Dağıntılar altında cəsədləri aşkarlanan 2 qadının işçi növbəsində olmadığı bildirilib.

Qeyd edək ki, bundan öncə yanğın zamanı 3 nəfərin öldüyü, 6 nəfərin xəsarət aldığı açıqlanmışdı.

***

saat 10.26

Bu gün Tatarıstanın Nijnekamsk şəhərində plastik məmulatlar istehsal edən sexdə yanğın baş verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hazırda yanğını lokallaşdırmaq mümkün olub. Olayla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR