İstanbulda törədilən terror aktı nəticəsində ölən 38 nəfərin şəxsiyyəti müəyyənləşib

İstanbulda törədilən  terror aktı nəticəsində ölən 38 nəfərin şəxsiyyəti müəyyənləşib
# 01 yanvar 2017 22:15 (UTC +04:00)

İstanbulda “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində ölən 39 nəfərdən 38-nin şəxsiyyəti müəyyənləşib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, şəxsiyyətləri müəyyənləşdirilən 13 nəfərin meyiti artıq ailələrinə təhvil verilib.

Onlardan 11-i Türkiyə, biri İraq vətəndaşı, daha biri isə ikili vətəndaşlığı olan (Türkiyə və Belçika) şəxsdir.

Daha 25 xarici vətəndaşın meyiti yarılma əməliyyatları başa çatdıqdan sonra ailələrinə sabah təhvil veriləcək.

Bir nəfərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində isə işlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR