İtaliya sahil mühafizə qüvvələri Aralıq dənizində 1350 miqrantı xilas edib

İtaliya sahil mühafizə qüvvələri Aralıq dənizində 1350 miqrantı xilas edib
# 06 aprel 2017 23:13 (UTC +04:00)

İtaliya ərazisi vasitəsilə Avropaya keçməyə cəhd edən 1300 miqrant Aralıq dənizində xilas edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Sahil Mühafizə Xidmətindən bildirilib.

Xilas edilən mühacirlər Tunis sahili ilə Siciliya arasındakı boğazda 160 kilometrlik məsafəni 5 rezin sal, 6 taxta qayıq və barja vasitəsilə qət etməyə cəhd ediblər. Üzmə vasitələrdən birində ölmüş miqrantın cəsədi tapılıb.

“Frontex” agentliyinin məlumatına görə, 2016-cı ildə qeyd olunan marşrutla Avropaya 180 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il ərzində ölən və itkin düşən miqrantların sayı 5 mindən çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR