Zəhra Quliyevanın 95 illik yubileyi qeyd olunub

Zəhra Quliyevanın 95 illik yubileyi qeyd olunub
# 18 yanvar 2018 10:14 (UTC +04:00)

Azərbaycan qadın hərəkatında ictimai-siyasi rolu olan Zəhra Quliyevanın 95 illik yubileyi qeyd olunub.


APA-nın xəbərinə görə, anım mərasimindən əvvəl tədbir iştirakçıları İkinci Fəxri Xiyabanda Zəhra Quliyevanın məzarını ziyarət ediblər.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Ombudsman Elmira Süleymanova, millət vəkili Məlahət İbrahimqızı, ATU Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Paşa Qəlbinur və digərləri iştirak ediblər.

H. Hüseynova çıxışında Zəhra Quliyevanın Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin elmi sədri, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri kimi fəaliyyətindən söz açıb. O bildirib ki, Z. Quliyeva dünyanın bir çox ölkələrində keçirilmiş qurultaylar, elmi simpoziumlar, yüksək səviyyəli toplantılarda iştirak edib, beynəlxalq tədbirlərdə Azərbaycan qadınlarını təmsil edib.

Sonra E. Süleymanova, P. Qəlbinur və digər qonaqlar çıxış ediblər.


Tədbirin sonunda Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR