Ötən il DGK-nin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi 67% artıb

Ötən il DGK-nin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi 67% artıb
# 09 fevral 2017 10:18 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 173 653,49 min manat təşkil edib.

APA-Economics”in DGK-yə istinadən verdiyi xəbərə görə, bu, 2015-ci ilin eyni ayı ilə müqayisədə 70 026,83 min manat və ya 67,57% çoxdur. Ötən ilin dekabr ayı ilə müqayisədə 36 481,7 min manat və ya 19,92% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 44 217,05 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 124 631,39 min manat, aksizlər üzrə 2 691,77 min manat, yol vergisi üzrə isə 2 113,49 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR