Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin forumu keçiriləcək

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin forumu keçiriləcək
# 18 noyabr 2016 15:12 (UTC +04:00)

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VII forumu keçirləcək.

Bunu APA-nın Moskva müxbirinə AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev bildirib.

Onun sözlərinə görə, AMOR-un VII Forumu dekabrın 6-da Crocus Sərgi Mərkəzində baş tutacaq: "AMOR-un sədri Leyla Əliyevanın qərarı ilə təşkilatın növbəti forumunun keçirilməsi qərara alınıb. Foruma 500-də çox nümayəndə, fəxri qonaqlar, Rusiya və Azərbaycanın rəsmi şəxsləri qatılacaq. Bundan başqa forumda AMOR-un Rusiyanın 62 regional bölməsindən olan fəalları, Azərbaycan diasporunun və Rusiyadakı gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər”.

E. Hacıyev Forumun Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacağını söyləyib: "Forum çərçivəsində plenar iclaslar keçiriləcək. Bunlar "Multikulturalizm millətlərarası və dövlətlərarası münasibətlərin əsası kimi", 2017-ci il Rusiyada ekologiya ili-Azərbaycan gəncliyinin töhfəsi", "AMOR-un diasporun möhkəmlənməsində rolu" və "Gənclər biznesdə: startapların yaranması və inkişafı" plenar iclaslardır.

AMOR nümayəndəsi Forumun sonunda Rusiya və Azərbaycan estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramının təşkil olunacağını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR