Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək
# 25 yanvar 2018 08:59 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Seyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Türkiyəyə səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd 29-30 yanvar tarixlərində İstanbul şəhərində “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

QMİ sədri beynəlxalq konfransın açılış mərasimində məruzə ilə çıxış edəcək.

Türkiyə hökumətinin himayəsi altında keçiriləcək konfransda Türkiyə, İran, İraq, Fələstin, Hindistan, Malayziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (RF), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimlərinin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR