Azərbaycan Dövlət Neft və Sənaye Universitetində HPC Elmi Mərkəzinin açılışı olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində HPC Elmi Mərkəzinin açılışı olub
# 25 dekabr 2019 12:38 (UTC +04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində High Performance Computing Elmi Mərkəzinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə hökumət nümayəndələri, AMEA-nın institut direktorları, rektorlar, elm adamları və tələbələr iştirak edib. Universitetin rektoru, professor Mustafa Babanlı ADNSU-da belə mərkəzin yaradılmasında əsas məqsədin HPC-nin nəzəri və tətbiq sahələrində yeni, innovativ tədqiqat ideyalarının yayılması, ölkənin sənaye və elmi mərkəzlərinin proqramlarının həyata keçirilməsi, məlumatların və proqramların respublika xaricinə ötürülməsinin qarşısının alınması, Big Data prosesinin idarə olunması və bu sahədə ixtisaslaşdırılmış kadrların yetişdirilməsi olduğunu vurğulayıb. Mərkəzin icraçısı Nigar İsmayılova HPC-nin 20 hesablama düyünündən və 1 Master hesablama düyünündən ibarət çox təyinatlı klaster kompüter sistemi olduğunu deyib. Bildirib ki, mərkəz kompüter elmlərində, o cümlədən hava proqnozlaşdırılması, neft və qaz çıxarma kimi istiqamətlərdə böyük tətbiq imkanlarına malikdir. Sonda mərkəzdə fəaliyyət göstərən müəllim və tələbələrə sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR