"Formula - 1 Azərbaycan Qran-Prisi"nin Bakı trekində veloyürüş keçirilib

"Formula - 1 Azərbaycan Qran-Prisi"nin Bakı trekində veloyürüş keçirilib
# 30 aprel 2018 14:42 (UTC +04:00)

Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə keçirilən "Formula - 1 Azərbaycan Qran-Prisi"nin əsas mərhələsi başlamamışdan əvvəl yarışların baş tutduğu Bakı trekində, aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə veloyürüş təşkil olunub.

APA-nın xəbərinə görə, Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilmiş veloyürüşdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və Qazaxıstanın velosiped idmanı üzrə Olimpiya çempionu Aleksandr Vinokurov, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR