"Qara dastan-37" adlı tədbir-sərgi keçirilib

"Qara dastan-37" adlı tədbir-sərgi keçirilib
# 23 noyabr 2017 09:30 (UTC +04:00)

Azərbaycan İstiqlal Muzeyində sovet dövründəki siyasi repressiyaların 80 illiyinə həsr olunmuş "Qara dastan - 37" adlı tədbir-sərgi keçirilib.

APA-nın xəbərinə görə, tədbir-sərgi İstiqlal Muzeyi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) arxivinin və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə tarixçi-alimlər, DTX və DSX-nın əməkdaşları iştirak ediblər.

İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi bildirib ki, muzeydə təşkil olunan sərgidə yeni eksponatlar - müvəqqəti saxlama yerlərinin qapısı, DTX-nın arxiv sənədlərinin, muzeyin fondunda saxlanılan müxtəlif əşyaların nümayişinə başlanıb. Müvəqqəti saxlama yerlərinin qapısı tamamilə orijinaldır.


Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova qeyd edib ki, 1936-cı ilin sonlarından başlayaraq repressiyaların başlamasına sərəncam verilib: "Həmin dövrdə Azərbaycanda 18 xalq komissarı məhv edilib. 1937- ci ildə Azərbaycanın dövlət xadimləri, ziyalılar - şairlər, yazıçılar repressiyanın qurbanı olublar".

Sərgidə görkəmli Azərbaycan şairi və dramaturqu, repressiya qurbanı Hüseyn Cavidə aid guşə də təqdim olunub. Tədbirdə professor Solmaz Rüstəmova-Tohidi, arxeoloq Tufan Axundov, DTX-nın əməkdaşı Fuad Babayev də çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR