İmişlidə 6 otaqlı ev, Şəmkir və Şəkidə avtomobil yanıb

İmişlidə 6 otaqlı  ev, Şəmkir və Şəkidə avtomobil yanıb
# 27 sentyabr 2017 02:06 (UTC +04:00)

Respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Aranlı kəndində ümumi sahəsi 280 m2 olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıdakı tikililər yanğından mühafizə olunub.

Şəmkir rayonunda “Qaz” markalı yük avtomobilinin mühərrik hissəsi və kabinənin yanar hissələri yanıb. Avtomoblin qalan hissəsi yanğından mühafizə olunub.

Şəki rayonu, Turan qəsəbəsində “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR