Lənkəranda bir həftə öncə yol qəzasında yaralanan qadın xəstəxanada ölüb

Lənkəranda bir həftə öncə yol qəzasında yaralanan qadın xəstəxanada ölüb
# 13 avqust 2015 07:09 (UTC +04:00)

Bu barədə APA-nın cənub bürosuna mərhumun qohumları məlumat verib.

Hadisə avqustun 6-da gecə saatlarında Lənkəran-Boradigah yolunun rayonun Şağlaser kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Şağlaser kənd sakini, 1984-cü il təvəllüdlü Elşən Hüseynovun idarə etdiyi “VAZ-21074” markalı, 42 BK 812 dövlət nömrə nişanlı minik avtomobili yolun kənarındakı yanacaqdoldurma məntəqəsinə dönmək istəyərkən qarşı tərəfdən gələn Lənkəran rayonunun Separadi kənd sakini, 1958-ci il təvəllüdlü Fərman Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı, 90 BO 847 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən F.Məmmədovun yanında olan həyat yoldaşı, 1960-cı il təvəllüdlü Şəfayət Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıya burada müvafiq tibbi yardım göstərilib, lakin çoxlu qan itirdiyindən vəziyyəti ağırlaşıb və dərhal Bakıdakı xəstəxanalardan birinə yola salınıb. Lakin həkimlərinə səylərinə baxmayaraq, Ş.Məmmədova ötən gecə xəstəxanada vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR