Nazirlik: Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan hissəsində işlərin 70%-i başa çatıb

Nazirlik: Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan hissəsində işlərin 70%-i başa çatıb
# 27 sentyabr 2017 09:02 (UTC +04:00)

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində tikinti işlərinin təxminən 70%-i başa çatıb. APA-nın məlumatına görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

"Dəmir yolu infrastrukturunun əsas hissəsinin tikintisi başa çatıb. Stansiyalar və digər infrastrukturların tikintisi davam edir. Bakı-Tbilisi-Qars Avropa və Asiya arasında yeni dəmir yolu əlaqəsi yaradacaq və bu da Gürcüstanın tranzit potensialını inkişaf etdirməyə imkan verəcək. Bu layihə üç ölkənin regionun nəqliyyat-ticarət habına çevrilməsi üçün səylərini birləşdirəcək və yeni "İpək yolu" layihəsində mühüm rol oynayacaq", - məlumatda vurğulanıb.

Bildirilir ki, adıçəkilən layihə dünyanın 100 qlobal layihəsindən biridir.

Qeyd edək ki, bu gün Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolunda aparılmış işlərlə tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR