Azərbaycanın birinci vitse-prezidenti İran prezidentinin müavini ilə görüşüb - YENİLƏNİB

Azərbaycanın birinci vitse-prezidenti İran prezidentinin müavini ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 28 mart 2018 14:56 (UTC +04:00)

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva martın 28-də İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ilə görüşüb.

APA-nın xəbərinə görə, İran İslam Respublikasının nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirən Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin tarixən dostluğa və qardaşlığa əsaslandığını deyib, bu əlaqələrin bir çox sahələri, o cümlədən siyasi və mədəniyyət sahələrini əhatə etdiyini vurğulayıb.

Mehriban Əliyeva Azərbaycanın və İranın dövlət başçıları arasında keçirilən görüşlərin ölkələrimizin əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini bildirib. “Son illər Azərbaycan ilə İran həm ölkələrimiz, həm də region üçün vacib olan birgə layihələr həyata keçirirlər”, - deyən birinci vitse-prezident nəqliyyat sahəsindəki əlaqələri xüsusi qeyd etdi və bu gün İran prezident Həsən Ruhaninin Bakıya səfəri çərçivəsində iki ölkə arasında Rəşt-Astara dəmir yolu ilə bağlı imzalanacaq layihənin həm Azərbaycana, həm də İrana fayda verəcəyini deyib.

Məsumə İbtikar Azərbaycanla İran arasında münasibətlərin, bütün sahələrdə qurulan əlaqələrin güclənməkdə olduğunu deyib və bu əlaqələrin iki xalqın rifahına xidmət etdiyini vurğulayıb. Qonaq iki ölkə arasında iqtisadi sahədə əlaqələrdən danışaraq xüsusilə nəqliyyat sahəsində böyük layihələrin həyata keçirildiyini qeyd edib. Bildirib ki, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi böyük önəm daşıyır. Qonaq ailə və qadın məsələləri sahəsində də əlaqələrin genişlənməkdə olduğunu diqqətə çatdırıb. Məsumə İbtikar Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ictimai və sosial sahədə həyata keçirdiyi layihələri qeyd edərək, bu layihələrin uğurla icra olunduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR