Ali təhsil müəssisələrinin prorektorları attestasiyadan keçəcəklər

Ali təhsil müəssisələrinin prorektorları attestasiyadan keçəcəklər
# 15 noyabr 2017 16:45 (UTC +04:00)

2018-ci ildə ali təhsil müəssisələrinin prorektorlarının attestasiyası keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvafiq qərar nazirliyin kollegiya iclasında qəbul olunub.

İclasda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rəhbərlik etdikləri ali təhsil müəssisələrinin tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr və maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatla çıxış ediblər. Sonra ali təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri ilə bağlı çıxışlar olub, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib.

Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR