Vitse-admiral Clive Johnstone : “Ultra miqrasiya problemi yaşaya bilərik”

Vitse-admiral Clive Johnstone : “Ultra miqrasiya problemi yaşaya bilərik”
# 20 noyabr 2016 11:03 (UTC +04:00)

“Ultra miqrasiya problemi yaşaya bilərik”. APA-nın məlumatına görə, bu sözləri NATO Parlamentar Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasındakı çıxışında Alyansın dəniz qüvvələri komandanı, vitse-admiral Clive Johnstone deyib.

Aralıq dənizi ətrafında cərəyan edən və NATO üçün də təhdid yaradan miqrasiya problemi barədə danışan vitse-admiral Johnstone “İndi bir gündə minlərlə insanın qaçqın statusuna düşdüyü bir dönəmdə yaşayırıq. Lazımi tədbirlər görülməsə, gündə 1 milyon insanın miqrasiya edə biləcəyi vəziyyət yarana bilər ki, bunun adı “ultra miqrasiya olacaq”deyə vurğulayıb.

Çıxışında NATO-Rusiya münasibətlərinə də toxunan ingilis vitse-admiral, Rusiya ilə dialoqun davam etdirilməsinə tərəfdar olduqlarını vurğulayıb :”Biz Rusiya ilə müzakirələr aparmalıyıq, dialoqu davam etdirməliyik. Ancaq eyni zamanda, Rusiyanın nə etmək istədiyini də anlamalıyıq. Rusiya da atdığı addımlar barədə NATO-nu məlumatlandırmalıdır ”- deyə vitse-admiral Johnstone bildirib.

Rusiyanın Qara dənizdəki hərbi fəaliyyətlərindən narahatlıq duyduqlarına diqqəti cəlb edən Clive Johnstone, “Qara dənizin Rusiya dənizi halına gəlməsinə göz yuma bilmərik. Qara dəniz oranın sahilində olan NATO üzvü ölkələrin- Türkiyə, Bolqarıstan və Rumıniya xalqlarının da müştərək sərvətidir” deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR