"Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq polis orqanına çağırılıb".
APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: "O, bu əməlindən peşiman olduğunu bildirib, sosial şəbəkələrdə yayılan həmin görüntülərə görə üzxahlıq edib".
Qeyd edək ki, Etibar İskəndərovun pul nişanına hörmətsizlik etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.