Qubada istirahət mərkəzində yanğın olub

Qubada istirahət mərkəzində yanğın olub
# 11 yanvar 2020 08:59 (UTC +04:00)

Quba rayonunun Qəçrəş kəndində, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 170 m² olan mətbəxin tavanı 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, mətbəxin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR