Venesuelada avtobus yarğana düşüb, 11 nəfər ölüb

Venesuelada avtobus yarğana düşüb, 11 nəfər ölüb
# 28 may 2018 22:36 (UTC +04:00)

Venesuelanın qərbində sərnişin avtobusu yarğana düşüb.

APA-nın REN TV-yə istinadən verdiyi məlumata görə, hadisə Merida ştatında qeydə alınıb.

Qəza nəticəsində 11 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə yerində xilasedici əməliyyat aparılır. Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR